Azərbaycan və Avropa İttifaqı arasında viza danışıqlarında irəliləyiş


Siyasət 13 Dek 2018 18:54:00 831 0

Azərbaycan və Avropa İttifaqı arasında viza danışıqlarında irəliləyiş

Azərbaycan və Avropa İttifaqı (Aİ) viza liberallaşması üzrə dialoq istiqamətində addım atıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Aİ rəsmisi bildirib ki, viza və readmissiya komitələrinin iki iclası keçirilib:

"Bu iclaslar müntəzəm olaraq ildə bir dəfə keçirilir. Bu il iclas sentyabrda baş tutub. Fikrimcə, danışıqlarda irəliləyiş qeydə alınıb və biz viza liberallaşması üzrə dialoq istiqamətində addım atmışıq".

K.Yankauskas qeyd edib ki, viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişlər tam tətbiq olunmalıdır:

"Bunlar tam tətbiq olunduqdan sonra viza liberallaşması üzrə dialoqa başlamaq olar".

Son.az