Adrianadan ayrıldığı deyilən Metin açıqlama verdi


Digərləri 13 Dek 2018 18:59:00 672 0

Adrianadan ayrıldığı deyilən Metin açıqlama verdi

Xəbər verdiyimiz kimi, model Adriana Lima və türk sevgilisi Metin Haranın ayrılması haqda iddialar yayılıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, ikilinin ayrılması haqda olan iddialara səbəb Adriananın sevgilisini sosial mediada izləmədən çıxarması olub. Lakin Metin bu barədə açıqlama verib. O, bu sözləri deyib: "Ayrılmamışıq. Dekabrın 18-də onunla görüşmək üçün Mayamiyə gedəcəm". Qeyd edək ki, cütlük 1,5 ildir eşq yaşayır.

Son.az