UEFA Azərbaycan klublarına pul ödədi


İdman 13 Dek 2018 19:00:00 774 0

UEFA Azərbaycan klublarına pul ödədi

UEFA-nın 2018/19 mövsümündə avrokuboklarda iştiraka görə ayırdığı vəsait Azərbaycan klublarının hesabına köçürülüb.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna və 2018/19-cu il mövsümünün qaydalarına uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq qaydada klublara verilib.

Çempionlar Liqasında iştirak edən Qarabağ 1 milyon 140 min avro, Avropa Liqasına qatılan Keşlə, Neftçi və Qəbələ isə 240 min avro alıb.

Ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş Keşlə (sabiq “İnter”) klubu üçün ayrılmış 25 min 10 avro vəsait 2017-ci ildə İnter Futbol Klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün milli assosiasiyanın balansında saxlanılıb.