NATO və Rusiya BU ÖLKƏDƏ ölümdirim savaşına çıxır


Dünya 13 Dek 2018 18:49:00 582 0

NATO və Rusiya BU ÖLKƏDƏ ölümdirim savaşına çıxır

Balkan yarımadasının ən problemli ölkəsi - Bosniya və Hersoqovina Rusiya ilə NATO arasında mübarizə meydanına çevrilə bilər.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Çernoqoqiyanın NATO-ya üzv olmasından sonra Şimali Atlantika Alynası bu dəfə diqqətini Bosniya və Hersoqovinaya doğru yönəldib. Alyans 1995-ci ildə ilk xarici əməliyyatını məhz bu ölkədə həyata keçirib.

Həmin vaxt vətəndaş müharibəsinin getdiyi Bosniya və Hersoqovinada müsəlman boşnaklar, pravoslav serblər və katolik xorvatlar arasında qanlı döyüşlər gedirdi. Münaqişə 100 mindən artıq insanın ölümü ilə nəticələnmişdi. Buna baxmayaraq, etnik gərginlik bütün tarix boyu bu ölkəyə xasdır.