Abşeronda neftlə çirklənmiş əraziləri xaricilər təmizləyəcək


Digərləri 13 Dek 2018 18:29:00 631 0

Abşeronda neftlə çirklənmiş əraziləri xaricilər təmizləyəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi layihəsi çərçivəsində "Amec Foster Wheeler" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə neftlə və digər maddələrlə çirklənmiş ərazilər haqqında müzakirələr aparılıb.