48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib (FOTO)


Digərləri 13 Dek 2018 18:27:00 792 0

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir. Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur. Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib. “Azərpoçt” MMC-nin qeyd olunan mövzunu təklif etməsi 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədardır. Qeyd edək ki, Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 01 aprel 2019-cu il tarixinə qədər rayon Poçt filialları üzrə yerli Poçt filiallarına, Bakı şəhəri üzrə isə “Azərpoçt” MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir.