Bir ay əvvəl kanalda batan 60 yaşlı qadın axtarılır


Digərləri 13 Dek 2018 18:19:00 496 0

Bir ay əvvəl kanalda batan 60 yaşlı qadın axtarılır

Noyabrın 2-də Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1958-ci il il təvəllüdlü Cəfərova Məlahət Heybətulla qızının axtarışları davam etdirilir.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, axtarışlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.