Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü


Digərləri 13 Dek 2018 17:29:00 547 0

Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü

Lənkəranda 45 yaşlı kişi itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Lüvəsər kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Valeh Saleh oğlu dekabrın 11-də səhər saatlarında balıq tutmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb.