Cavid Qurbanovun rəis qardaşı istefa verdi


Digərləri 13 Dek 2018 17:11:00 567 0

Cavid Qurbanovun rəis qardaşı istefa verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işdən azad edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xidmətin rəisi İlqar Qurbanov səhhəti ilə əlaqədar işdən çıxarılması üçün ərizə yazıb. Onun yerinə Cavid Əbdülqədirov təyin olunub. 

Qeyd edək ki, İlqar Qurbanov 2015- ci ildə sözügedən vəzifəyə təyinat almışdı. 

Bu arada bildirək ki, İlqar Qurbanov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşıdır.