Ölkədə tünd içkilərin istehsal həcminin 5 dəfə az göstərildiyi üzə çıxdı


Digərləri 13 Dek 2018 17:19:00 593 0

Ölkədə tünd içkilərin istehsal həcminin 5 dəfə az göstərildiyi üzə çıxdı

Vergi orqanlarının sahibkarlıq subyektlərində yoxlamaların sayının azaldılması da daxil olmaqla bir sıra çağırışlar işgüzar dairələrdə müsbət qarşılanıb.

Son.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bunun qurumun yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov bildirib.

"Bu çağırışları qəbul edib, öz uçot sistemini yenidən diaqnostika edərək fəaliyyətini şəffaflaşdıran sahibkarlar da olub, keçid ilində "yoxlamalar yoxdur" deyərək əvvəlkindən daha sərbəst şəkildə qanunları pozmaq və vergidən yayınmaq istəyənlər də. Təbii ki, bu çağırışların hamı tərəfindən eyni cür qəbul ediləcəyini gözləmirdik. Keçid ilinin mahiyyəti o demək deyildir ki, həmin ildə sahibkarlar qanunu istədikləri kimi poza bilərlər. Əksinə, riskli sahələrdə vergi nəzarəti tədbirlərini daha da gücləndirmişik", - deyə o, qeyd edib.