Departament rəhbəri: Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarətin zəifləməsi demək deyil


Digərləri 13 Dek 2018 17:01:00 573 0

Departament rəhbəri: Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarətin zəifləməsi demək deyil

Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarət sisteminin zəifləməsi demək deyil.

Bakı. Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarət sisteminin zəifləməsi demək deyil. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib. X.İsgəndərov bildirib ki, vergidən yayınma hallarının qarşısının alınması, vergi ödəyicilərinin vergi öhdəliklərini tam və vaxtında yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. Ölkə başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergidən yayınma hallarına son qoyulması, bu sahədə qətiyyətli tədbirlərin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi ilə bağlı vergi orqanlarına mühüm tapşırıqlar verib: