Orxan Məmmədov Rusiyada səfərdədir FOTO


Digərləri 13 Dek 2018 16:39:00 570 0

Orxan Məmmədov Rusiyada səfərdədir  FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiyada səfərdədir.

Son.az bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bir sıra görüşlər keçirib.

Moskva Meriyasının Xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Yevqeniy Dridze ilə keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, kiçik və orta sahibkarlığa göstərilən dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşəbbüsü ilə təşkil olunmuş görüşdə Rusiyada təhsil alan azərbaycanlı tələbələr də iştirak edib və tədbir çərçivəsində onları maraqlandıran suallar cavablandırılıb.


Xəbərə aid fotolar