Sumqayıt Texnologiyalar Parkı Danimarkaya müxtəlif növ alüminium profillər ixrac edib


Digərləri 13 Dek 2018 16:09:00 1017 0

Sumqayıt Texnologiyalar Parkı Danimarkaya müxtəlif növ alüminium profillər ixrac edib

Sumqayıt Texnologiyalar Parkı (STP) Danimarkaya müxtəlif növ alüminium profillərin ixracını həyata keçirib.

Bakı. Sumqayıt Texnologiyalar Parkı (STP) Danimarkaya müxtəlif növ alüminium profillərin ixracını həyata keçirib. STP-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin noyabrında Danirmarkanın özəl şirkəti ilə 110 tonluq alüminium profil satışı ilə bağlı müqavilə bağlanıb. Sifarişçi şirkətin istəyinə uyğun qəliblər hazırlayaraq istehsala başlayan müəssisə sifarişi tamamlayıb və məhsullar müştəriyə yola salınıb.