Prezident İlham Əliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi


Siyasət 13 Dek 2018 16:05:00 820 0

Prezident İlham Əliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev R.İ.Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir::

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.