Sumqayıt Dövlət Dram Teatrında Ulu Öndər anıldı...


Digərləri 13 Dek 2018 15:57:00 822 0

Sumqayıt Dövlət Dram Teatrında Ulu Öndər anıldı...

Tarix onu yazan, zəkası və iradəsi, qətiyyəti ilə yaradan şəxsiyyətlərilə mənalıdır. Belə qüdrətıi şəxsiyyətlərdən biri  dünya  siyasi arenasında  öz imzasını qoymuş  ulu öndər Heydər Əliyevdir.  Hələ Sovet dönəmində  karyerasını riskə ataraq  milli mücahidlərə  kömək göstərirdi.  1993-cü ilin yayında siyasi hakimiyyətə qayıdışından sonra  ümumilli lider Müstəqil Azərbaycanı rahat bir inkişaf yoluna çıxartdı, bütün sferalarda tərəqqi  strategiyası formalaşdırdı.  Ulu öndər  dövlətçilik təfəkkürünü, azərbaycançılıq fəlsəfəsini bizə aşıladı. Təəssüf ki, yaradılışın acı  reallığı dahi siyasətçini  cizmən bizdən ayırdı.

Son.az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında  ulu öndərlə bağlı, onun dövlətçilik  fəaliyyətini özündə ehtiva edən  iki tarixi dram- A.Babayev "Xilaskar", H.Orucov "Burdan  min atlı  keçdi" tamaşaları  hazırlanaraq tamaşaçılara təqdim  olunub. 


Xəbərə aid fotolar