Prezident İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib


Siyasət 13 Dek 2018 15:58:00 459 0

Prezident İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib

Prezident İlham Əliyev E.Ə.Ələkbərovaya "Əməkdar həkim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına "Əməkdar həkim" fəxri adı verilsin.