Aİ Azərbaycanla yeni tərəfdaşlıq sazişini 2019cu ilin yayınadək razılaşdırmağı planlaşdırır


Siyasət 13 Dek 2018 16:00:00 669 0

Aİ Azərbaycanla yeni tərəfdaşlıq sazişini 2019cu ilin yayınadək razılaşdırmağı planlaşdırır

"Avropa İttifaqı (Aİ) və Azərbaycan 2019-cu ilin mayınadək tərəfdaşlıq sazişinin layihəsini razılaşdırmağı planlaşdırır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

K.Yankauskas bildirib ki, dekabrın əvvəlində sazişin siyasi və ticari tərkiblərinin müzakirəsi keçirilib: "Bu müzakirələrdən sonra xüsusən sənədin ticarət tərkibi ilə bağlı böyük irəliləyiş əldə olunub".

Aİ rəsmisi qeyd edib ki, bu ayın sonunadək ticarət məsələləri ilə bağlı videokonfrans formatında yeni danışıqların keçirilməsi planlaşdırılır.

O əlavə edib ki, yeni saziş üzrə danışıqların növbəti mərhələsi 2019-cu il yanvarın sonunda Brüsseldə keçiriləcək.