"MTN əməkdaşı"nın apellyasiya şikayəti təmin olunmadı


Digərləri 13 Dek 2018 15:48:00 810 0

"MTN əməkdaşı"nın apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində bir neçə vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Nami Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Y.Bayramovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Y.Bayramov Sevdimalı Novruzova onun oğlunu işə düzəldəcəyi vədi verib və ondan dələduzluq yolu ilə pul alıb. Lakin Y.Bayramov vədinə əməl etməyib.