Türkiyədə fabrik işçilərini aparan avtobus aşdı - 25 yaralı


Digərləri 13 Dek 2018 15:03:00 816 0

Türkiyədə fabrik işçilərini aparan avtobus aşdı - 25 yaralı

Bu gün Türkiyədə daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Rufiz Hafizoğlu - Bu gün Türkiyədə daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Tekirdağ vilayətində qeydə alınıb. Məlumata görə, fabrik işçilərini daşıyan avtobus aşıb. İnsident nəticəsində 25 nəfərin xəsarət aldığı bildirilir.