“Şərq” bazarı belə olacaq FOTO


Digərləri 13 Dek 2018 14:54:00 645 0

“Şərq” bazarı belə olacaq  FOTO

Bir müddətdir ki, Şərq bazarı yenidən qurulur.

Son.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görülən işlərlə bağlı qafqazinfo-ya bildirb ki, tikili ölkənin gözəl memarlıq abidələrindən biridir və milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacaq:

"Hazırda rekonstruksiya işlərinin layihələndirilməsi aparılır. Bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və sökülməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq, bazarın içərisində obyekt sahiblərinin düzəltdiyi arakəsmələr var idi ki, onlar sökülür. Abidə milli memarlıq üslubunun qorunması şərtilə rekonstruksiya ediləcək. Ora tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq". 


Xəbərə aid fotolar