BP “Azəri-Çıraq-Günəşli” yatağında hasilat proqnozlarını açıqlayıb


Digərləri 13 Dek 2018 14:48:00 975 0

BP “Azəri-Çıraq-Günəşli” yatağında hasilat proqnozlarını açıqlayıb

2019-cu ildə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatı builki səviyyədə saxlamaq planlaşdırılır

Bakı. Sara İsrafilbəyova - 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatı builki səviyyədə saxlamaq planlaşdırılır. Trend-in məlumatına görə, bunu “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O, həmçinin AÇQ yatağında “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platformalarının fəaliyyətindən danışıb.