UEFA 2 klubumuza pul ayırdı


İdman 13 Dek 2018 14:33:00 492 0

UEFA 2 klubumuza pul ayırdı

Azərbaycanın iki klubuna UEFA tərəfindən vəsait ayrılıb.

Goal.az xəbər verir ki, ZirəQəbələ-nin büdcəsi daxil olan vəsait hesabına zənginləşib.

Bu, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən gerçəkləşib. Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş Zirə 25 min 10 avro, Qəbələ 26 min 140 avro qazanıb.

Klublara ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.