“Azəriqaz” 81 107 yeni abonenti qeydiyyata alıb


Digərləri 13 Dek 2018 14:28:00 509 0

“Azəriqaz” 81 107 yeni abonenti qeydiyyata alıb

“Azəriqaz” əhali sektoru üzrə 81 107 yeni abonenti qeydiyyata alıb

Bakı. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 81 107 yeni abonent qeydiyyata alınıb. “Azəriqaz”dan Trend-ə verilən məlumata görə, bunun da 45 543-ü Bakı, Abşeron və Sumqayıt, 35 564-ü isə regionlar üzrədir. Bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.