Prokuror Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istəyib


Digərləri 13 Dek 2018 14:13:00 690 0

Prokuror Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Rufullayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra onun vəkili müdafiə çıxışı edib.

Vəkil deyib ki, müvəkkili A.Rufullayev günahsızdır.

Onun sözlərinə görə, A.Rufullayev bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Azad Şərifovla heç bir biznes-plan qurmayıb, ona heç bir vəd verməyib: "Azad Şərifovu aldadan Əjdər adlı şəxsdir",

Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, A.Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzinin vəzifəli əməkdaşı olub. Bu dələduzluq işi ilə bağlı qalmaqal yaranan zaman o, öz ərizəsi ilə işdən çıxıb.