Vəkilliyə qəbulla yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlandı


Digərləri 13 Dek 2018 14:17:00 576 0

Vəkilliyə qəbulla yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlandı

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək. 

Kollegiyadan Son.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada olacaq. 

Dekabrın 23-də keçiriləcək yazılı test imtahanında 180 nəfərin iştirakı nəzərdə tutulub. Odur ki, vəkilliyə qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək davam edəcək sənəd qəbulunda 140 nəfərin sənədinin qəbul olunduğunu və vəkilliyə qəbul imtahanının yazılı-test mərhələsində iştirak üçün 40 yerin qaldığını nəzərə almalıdırlar.