Prokuror 456 min manat dələduzluqda təqsirləndirilən şəxsə cəza istədi


Digərləri 13 Dek 2018 14:01:00 677 0

Prokuror 456 min manat dələduzluqda təqsirləndirilən şəxsə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror A.Rufullayevin 11 il azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, A.Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzində çalışarkən Əjdər adlı şəxslə qabaqcadan əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Onlar zərərçəkmiş A.Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat pul alıb.