"Zəbt ediblər" "Yolkəsən" obyektlər VİDEO FOTO


Digərləri 13 Dek 2018 13:14:00 762 0

"Zəbt ediblər"  "Yolkəsən" obyektlər  VİDEO  FOTO

Paytaxtın müxtəlif ərazilərində piyada səkilərini kafe, restoran və digər obyektlər zəbt edib. Bu isə piyadaların təhlükəsiz və rahat hərəkətinə mane olur. Halbuki bu qanuna ziddir. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Ərşad Hüseynov - ekspert: "Əgər səki yoxdursa, piyada məcbur olacaq hərəkət hissəsi ilə gedə və belə olan halda sürücülər üçün problem yaranır. Piyadanın başı qarışır çıxır hərəkət hissəsinin bir az içərilərinə. Birdə görürsən avtomobil bunu vurdu. Movcud standartlara uyğun olaraq. Heç olmasa 1 metr 20 santimetrlik və ondan böyük səkilər olmalıdır". Amma görünür, əksər obyekt sahibləri bu qaydalardan ya xəbərsizdir, ya da ki əhəmiyyət vermirlər. Cahid Həsənov - Memar: "Səkilərdə tamamilə gediş-gəlişi məhdudlaşdırır. Biz maşınlardan gördüyümüz, vərdiş etdiyimiz tıxaclar artıq bu gün Bakı şəhərindəki səkilərdə piyadalar arasında baş verir". Sakin: "Zəbt ediblər. Hamısı tikinti materiallarıdır". Ərşad Hüseynov - Ekspert: "Piyada səkilərinin zəbt olunmasına görə, fiziki şəxslər 80 manatdan 100 manata qədər cərimə oluna bilər. Bunu fərdi sahibkar edərsə, 400 manatdan 500 manata qədər cərimə oluna bilər. Bunu hüquqi şəxs edərsə, 3000 manatdan 4000 manata qədər cərimə oluna bilər". Ekspertlərin sözlərinə görə, paytaxt ərazisində mövcud səkilərin qorunub saxlanması işini dövlət yol polisi və BNA birgə həyata keçirməlidir. BNA-dan isə bildirildi ki, qurum bir müddətdir ki, mövcud problemin həlli üçün tədbirlərin görülməsinə başlayıb. Əsas məqsəd küçələrin piyadaların hərəkəti üçün uyğun hala gətirilməsidir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar