YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində silsilə seminarlar təklif edir


Digərləri 13 Dek 2018 13:06:00 578 0

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində silsilə seminarlar təklif edir

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

MƏQSƏD • Əsas məqsəd iştirakçıların eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır • Müxtəlif materiallar, sənət texnikası və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini yaratmaq • Yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YARAT-IN TƏMİNATI • Təlim proqramı müddətində "YARAT Studios" məkanında şərikli emalatxana • YARAT-ın kuratorlar komandası ilə daimi görüşlər • Dərslərdən kənar tədbirlər (rəssamlarla görüş və s.) • Proqram çərçivəsində 4 qısa təqdimat və proqramın sonunda ARTIM Layihə Məkanında yekun sərgi keçirmək • Yekun sərgi üçün məhdud büdcənin ayrılması

İŞTİRAKÇILAR ÜÇÜN TƏLƏBLƏR Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT AKADEMİYASI-nın bütün tədbirlərində mütəmadi iştirak etməlidirlər. Gündəlik emalatxana təcrübəsi isə proqram iştirakçılarının praktiki bacarıqlarını möhkəmləndirəcək. • Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək • Gündə ən azı 3 saat emalatxana təcrübəsi • Həftənin hər cümə (saat 16:00-20:00) və şənbə (saat 10:00-16:00) günləri rəssamlar, kuratorlar, beynəlxalq rezidentlər və ustadlar tərəfindən mühazirə, müzakirə və ustad dərslərində iştirak etmək • YARAT Akademiyasının mühazirələrində iştirak (mart-aprel, oktyabr-noyabr aylarında hər bazar ertəsi, çərşənbə axşamı və cümə günləri) • Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 4 qısa təqdimat sərgisi üçün 4 fərqli incəsənət əsərinin yaradılması (əsərlərin istehsal xərcləri iştirakçılar tərəfindən qarşılanmalıdır)

Portfolioların son göndərilmə tarixi: 21 yanvar 2019-cu il