NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib


Digərləri 13 Dek 2018 13:05:00 674 0

NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib

Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.

Bakı. Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən yüz nəfərədək dinləyici və müəllim ölkəmizin iqtisadi, coğrafi, mədəni, tarixi, siyasi və təhlükəsizlik mühiti ilə tanış olacaqlar. Səfər çərçivəsində müxtəlif dövlət qurumları və ali təhsil müəssisələrini ziyarət edəcək qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, hərbi qüdrəti və qlobal təhlükəsizliyə verdiyi töhfəsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında brifinqlər təqdim ediləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin