"Məni Toliklə qorxudurlar"


Şou-biznes 13 Dek 2018 12:28:00 502 0

"Məni Toliklə qorxudurlar"

Əvvəl "Lider"də veriliş aparırdı. Dəfələrlə dəvət etdi, gedə bilmədim. Sonra "Xəzər"ə keçdi, məni çağırdı. Bu ərəfədə qalmaqallar var idi deyə, gedə bilmədim. Beləcə aramızda soyuqluq yaranmışdı.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Zaurla Günaydın" proqramında deyib. O, prodüser Tarix Əliyevlə (Tolik) aralarında yaşanan küsülülükdən danışıb: "Sonra hava limanında Toliklə görüşdük və hər şeyi danışdıq. Məəttələm ki, insanlar mənimlə dava edən kimi gedib Tolikə şikayət edirlər. Məni Toliklə qorxudurlar. Adamyeyəndi? Hər şeyin düzünü deyən adamdır".

Son.az