"Eşidən kimi dedim ki, mən ondan qisas alacam"


Şou-biznes 13 Dek 2018 12:15:00 547 0

"Eşidən kimi dedim ki, mən ondan qisas alacam"

Xəstəliyimin 9-cu ayında idim. Oğlum gəldi oturdu yanımda, mədəmi sığalladı. Dedi ki, mən burada cəmi 9 ay qalımışam. Sən 9 aydan çox qalsan, səni öldürəcəm.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O bildirib ki, anası və bacısı da xərçəngdən dünyasını dəyişib: 

"İçimdə onların qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünün içinə baxdı. Bəlkə də o qisas var idi içimdə. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi.