Bakıda təkcə bir rayonda 30dan çox sürücü saxlanıldı FOTO


Digərləri 13 Dek 2018 12:01:00 771 0

Bakıda təkcə bir rayonda 30dan çox sürücü saxlanıldı  FOTO

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.


Xəbərə aid fotolar