Bərdədə 15 yaşlı qız qaçırıldı
Digərləri 13 Dek 2018 12:02:26 804 0
Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.
Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.
Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək üçün qaçırılıb.
Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Mənbə: milli.az