“Maşın şou”ya görə “O səs”dən imtina edib?


Şou-biznes 13 Dek 2018 11:43:00 538 0

“Maşın şou”ya görə “O səs”dən imtina edib?

Bu gün məşhur "Maşın" realiti şousu start götürəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Hind kinosu" devizi ilə başlayan yarışmada 18 tanınmış avtomobil uğrunda mübarizə aparacaq. 

Daha öncə məlumat verdiyimiz kimi, qalmaqallı proqramda "O səs Türkiyə" ilə ekranlara geri qayıdan Mina Hüseyn də var. Noyabrın əvvəlində mahnı müsabiqəsində çıxış edən Minanın "Maşın"a görə "O səs"dən imtina etməsi barədə məlumatlar yayılıb. Çünki "O səs"də bir neçə həftə sonra 1-ci mərhələ bitəcək və 2-ci mərhələnin məşqləri başlayacaq.