Məhkəmə "Ailə TV"nin binasına basqın edənlərin cəzasını qüvvədə saxladı


Digərləri 13 Dek 2018 11:37:12 627 0

Məhkəmə "Ailə TV"nin binasına basqın edənlərin cəzasını qüvvədə saxladı

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.

Bakı. Samir Əli - Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb. Trend-in məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.