Bakıda zəncirvari qəza FOTO


Digərləri 13 Dek 2018 11:20:00 756 0

Bakıda zəncirvari qəza  FOTO

Gecə saatlarında paytaxtın Koroğlu Rəhimov və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində zəncirvari qəza baş verib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Hundai" markalı 10 AZ 539 dövlət nömrə nişanlı avtomobilin sürücüsü sürət həddini aşıb.

Nəticədə, "Hundai" yolun kənarında dayanan Sərxanov Rövşən İnşallah oğluna məxsus "KİA" markalı 90 ES 796 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. 

Daha sonra o da qarşı tərəfdə olan "KİA" markalı 90 NU 235 dövlət nömrə nişanlı Hümbətov Ceyhun Əhməd oğlunun avtomobilinə dəyib. Hər üç avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar