Çempionlar Liqasında son turun oyunçusu və qoluna namizədlər açıqlandı


İdman 13 Dek 2018 11:11:00 762 0

Çempionlar Liqasında son turun oyunçusu və qoluna namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – VI turunun ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

Goal.az xəbər verir ki, həftənin ən yaxşı oyunçusu adına PSG klubunun forvardı Neymar, Liverpool-un müdafiəçisi Endryu Robertson, Manchester City-nin yarımmüdafiəçisi Leroy Sane və Young Boys-un hücumçusu Qiymo Oaro iddia edir.

Turun ən yaxşı qoluna namizədlərə gəlincə, siyahıda L.Sanenin Hoffenheim-a (2:1), Barcelona-nın hücumçusu Usman Dembelenin Tottenham-ə (1:1), Lyon-dan Nabil Fekirin Shakhtar-a (1:1) və Juventus-un forvardı Paulo Dibalanın Young Boys-a (1:2) vurduğu dəqiq zərbə yer alıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.