Qurban Qurbanov: "Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq"


İdman 13 Dek 2018 10:50:00 656 0

Qurban Qurbanov: "Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq"

Goa.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, o, sabah yaxşı oyun göstərmək üçün meydana çıxacaqlarını deyib:

Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə Arsenal-la oyun öncəsi mətbuat konfransı keçirib.

"Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından Arsenal-dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək".