Azərbaycan Asiya İnkişaf Bankı ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığı genişləndirir (FOTO)


Digərləri 13 Dek 2018 10:52:00 497 0

Azərbaycan Asiya İnkişaf Bankı ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığı genişləndirir (FOTO)

Asiya İnkişaf Bankının (AİB) yeni Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində bu təşkilatla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur.

Bakı. Asiya İnkişaf Bankının (AİB) yeni Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində bu təşkilatla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AİB-in Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov ilə nazirlikdə keçirilən görüşdə bildirib. S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan tam şəffaf, sadə və əlçatan prosedurlarla təqdim edilməsi üçün aparılan islahatlar barədə məlumat verib. O, həmçinin sosial təminat, o cümlədən pensiya təyinatı sisteminin elektron infrastruktur üzərində təkmilləşdirilməsi üçün atılan addımları diqqətə çatdırıb.