Bakıda REYD - 30-dan artıq sürücü saxlanıldı


Digərləri 13 Dek 2018 10:27:36 659 0

Bakıda REYD - 30-dan artıq sürücü saxlanıldı

Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib

Bakı. Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindənyol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.