“Müslüm” “Ayla”nı keçdi


Digərləri 13 Dek 2018 09:54:00 653 0

“Müslüm” “Ayla”nı keçdi

Müslüm Gürsesin həyatından bəhs edən, Zerrin Tekindor və Timuçin Esenin rol aldığı “Müslüm” filmi rekorda imza atıb

Mərhum müğənni Müslüm Gürsesin həyatından bəhs edən, Zerrin Tekindor və Timuçin Esenin rol aldığı "Müslüm" filmi rekorda imza atıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işi fenomen film olan "Ayla"nı (5 milyon 589 min) keçərək lider olub və 5 milyon 848 min 213 nəfər tərəfindən izlənilib. "Müslüm"dən əldə edilən gəlir isə 77, 6 milyon lirədir.