“ŞimalCənub” dəhlizi üzrə dəmir yolunun tikintisi altına düşən torpaqları bu qurum alacaq


Digərləri 13 Dek 2018 09:17:00 671 0

“ŞimalCənub” dəhlizi üzrə dəmir yolunun tikintisi altına düşən torpaqları bu qurum alacaq

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqan müəyyən edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən 56 kilometrlik Qasımlı-Astara hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.