"Alternativ enerjilərə investisiya üçün uzunmüddətli perspektivlər olmalıdır"


Digərləri 13 Dek 2018 08:43:00 476 0

"Alternativ enerjilərə investisiya üçün uzunmüddətli perspektivlər olmalıdır"

Enerji sektorunda yerli və ya beynəlxalq investisiyanı cəzb etmək istəyən ölkə investorlar üçün uzunmüddətli perspektiv yaratmalıdır.

Son.az bildirir ki, bunu Trend-ə investisiya, maliyyə və iqtisadiyyat məsələləri üzrə iranlı ekspert Peyman Mövləvi bildirib.

Ekspert deyib: "İranda enerji sektorunda istehlak həcmini nəzərə aldıqda investisiyaya imkan vardır. Bunun üçün həm İranda, həm də qonşu ölkələrdə bu sektora böyük tələbat vardır. Əsas məsələ isə uzunmüddətli perspektivin olmasıdır".

Onun sözlərinə görə, İranda investisiya cazibəliklərindən biri enerji sektorunda investisiyadır.