48 MP'lik arxa kameraya sahib Xiaomi smartfonu


Digərləri 13 Dek 2018 08:11:00 493 0

48 MP'lik arxa kameraya sahib Xiaomi smartfonu

Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Xaiomi şirkəti Redmi seriyasının yeni flaqman modeli üzərində çalışır. Bugün isə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Məlumatı Çinin MyDrivers adlı saytı verib. Beləliklə verilən məlumata əsasən yeni flaqman smartfonun LCD ekranı BOE şirkəti tərəfindən istehsal ediləcək.

Son.az technote.az-a istinadən bildirir ki, ekran aağı hissədən nazik çərçivəyə və bugün təqdim olunmuş Galaxy A8s modelindəki kimi ön kameranın yerləşdirilməsi üçün dairəvi hissəyə sahib olacaq. Bir sıra məlumat sızıntılarına inansaq sözügedən smartfon Snapdragon 675 flaqman prosessoru, və Samsung Isocell Bright GM1 markalı 48 MP-lik üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Xiaomi-nin bu smartfonunun artıq gələn ay təqdim olunacağı gözlənilir.