Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək


Digərləri 13 Dek 2018 08:15:41 578 0

Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

Bakı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, nazir sabah bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlir. Qeyd edək ki, iclasda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında altı aylıq sədrliyinin yekunları müzakirə olunacaq. Bundan başqa, iclas zamanı iqtisadi əməkdaşlıq sahəsində bir çox regional məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı, elm və texnologiyalar, səhiyyə kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin