Azərbaycanda 200 ildə 418 vulkan püskürüb


Digərləri 13 Dek 2018 08:06:00 510 0

Azərbaycanda 200 ildə 418 vulkan püskürüb

Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb. Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub.

Son.az bildirir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 353 vulkan var ki, onun 200-ü quru sahədədir. Quru sahədə olan vulkanların 60 faizi püskürmür: