Madurodan Trampa gözlənilməz təklif


Dünya 13 Dek 2018 07:55:00 371 0

Madurodan Trampa gözlənilməz təklif

Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampa açıq dialoqa başlamağı təklif edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Maduro bunun üçün ABŞ prezidentinin Venesuela ilə bağlı siyasətini dəyişmək niyyətini nümayiş etdirməli olduğunu bildirib.

O həmçinin qeyd edib ki, Trampla bütün vacib məsələlər üzrə dialoqa başlamağa hazırdır.