Evli kişidən hamilə qaldı, qardaşlar intiqamını belə aldı


Digərləri 13 Dek 2018 00:30:00 639 0

Evli kişidən hamilə qaldı, qardaşlar intiqamını belə aldı

Azərbaycanda itkin düşən gənc haqqında şok iddialar səsləndirilib

.

Son.az a24.az-a istinadla xəbər verir ki, ATV telekanalında yayımlanan "Bizimləsən verilişinə zəng edən qadın Mirzəcanın bir qadınla qaçdığını və bir müddət onların qonşuluğundakı evdə kirayədə yaşadıqlarını bildirib. Efirə zəng edən xanımın sözlərinə görə, Mirzəcanın yanındakı qadın hamilə olub və evin sahibinə başına gələnləri danışıb:

"O qızın adı Könül idi. Ev sahibinə bir-birini sevdiklərini demişdi. Mirzənin ailəsi və qardaşları bu münasibətə narazı olub. Mirzə ailəli olduğu üçün qovuşa bilməyiblər. Qardaşları Mirzəni aparıb çay qırağına döyüb, ayağına daş bağlayıb, çaya atıblar. Mirzəyə zorla intihar məktubu da yazdırıblar. Qız da qardaşlarının arxasında taksiylə çay kənarına yollanıb. Taksi sürücüsü Mirzəcanı çaydan xilas edib. 3 ay taksi sürücüsünün evində qaldıqdan sonra kirayələrdə yaşamağa başlayıblar".