Misirdə Ümummilli lider Heydər Əliyevin vəfatının 15ci ildönümü ilə əlaqədar silsiləvi tədbirlər keçirilib FOTO


Digərləri 12 Dek 2018 23:58:00 746 0

Misirdə Ümummilli lider Heydər Əliyevin vəfatının 15ci ildönümü ilə əlaqədar silsiləvi tədbirlər keçirilib  FOTO

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar AR-ın Misirdəki səfirliyi tərəfindən Misirdə silsiləvi tədbirlər keçirilib.

Son.az bildirir ki, Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətinin Qanatir şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkına gələn AR-ın Misirdəki səfirliyinin əməkdaşları, "Vətənpərvər"-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qanatir şəhərinin meri və nümayəndələri, KİV nümayəndələri, əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət edib, orada qurulan Azərbaycan və Ulu öndər Heydər Əliyevin güşələri ilə tanış olublar.

Bundan başqa, tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət etmiş və heykəlin önünə əklik qoyaraq, Ulu öndərin xatirəsini hörmət və ehtiramla anıblar.

Ümummilli liderin Azərbaycan tarixində əvəzsiz roluna toxunularaq, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyi diqqətə çatdırılıb.


Xəbərə aid fotolar