Günün qoroskopu: Vədləri unudaraq yalnız öz maraqlarınızın təminatı ilə məşğul olmayın


Digərləri 13 Dek 2018 00:01:00 832 0

Günün qoroskopu: Vədləri unudaraq yalnız öz maraqlarınızın təminatı ilə məşğul olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında səyahət, səfər və ya alış-veriş fikrini unudun. Bədxərclik etməyin. Maliyyə məsələləri və perspektivlər müzakirə olunarkən hər sözə inanmayın. Borc almayın və borc verməyin. Verilən pulun qaytarılma ehtimalı azdır.

Kirayədə yaşayırsınızsa, günün ikinci yarısında ev sahibi ilə söhbət qaçılmaz olacaq.

Axşam saatlarına yaxın fiziki və mənəvi durumunuz ailənizdəki vəziyyətə birbaşa təsir edəcək. Ailə üzvlərinə nəyisə sübut etməyə çalışmaq fikrinə düşəndə, sadəcə, susun.

Buğa - qəfil situasiyalar yaranacaq. İnandığınız, etibar etdiyiniz insan əsla gözləmədiyiniz hərəkəti edə bilər. Onun davranışını yaxşı tanımadığınız insanlarla müzakirə etməyin. Ola bilər ki, belə davranışın gerçək səbəblərini bilmirsiniz.

Günün ikinci yarısında ailədə problemlər yaranacaq. Gərginlikdən çıxış yolları arayın. Problemlərin səbəbindən hali olun.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Əkizlər - günün ilk yarısında görəcəyiniz işləri əvvəlcədən planlaşdırın. Nizamlı fəaliyyət yaxşı nəticələrə nail olmağınızın rəhnidir. Diqqətsizlik və unutqanlıq ciddi problemlər yarada bilər. Alış-verişdə bədxərclik etməyin. Gərəkdiyindən artıq mal almayın.

Günün ikinci yarısında seçim zamanıdır, zərurətin və izafiliyin arasında fərq qoya bilin.

Axşam saatlarında sevdiyiniz insana hədiyyə etməyə çalışın. Səbəb kiçik olsa da, bunu unutmayın. Axşam saatlarında səs-küylü məclisə qatılmağınız sizi yora bilər.

Apatiyaya qapılmayın.

Xərçəng - günün ilk yarısında yaxşı görünməyə çalışın. Kiminsə paxıllığına səbəb olacağınızı düşünməyin. Sadəlövh olmayın. Sizdən nə isə uman insanların toruna düşməyin, felinə aldanmayın. Münaqişələrə qatılmayın, sərt tənqidləri də ürəyinizə salmayın.

Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Mənasız məsələlərə görə mübahisə etməyin. Sevdiyiniz insana qısqanclıq üçün rəvac verməyin. Uzunmüddətli münasibətlər qurmaq istədiyiniz insanla axşam saatlarında qarşılaşa bilərsiniz.

Şir - parlaq fərdiyyətçilik bu gün problemlər yarada bilər. Başqasının intriqasının sövqi-təbii iştirakçısına dönməyin. Sizdən vasitə və ya informasiya əldə etmək üçün istifadə edə bilərlər.

Kimlərinsə maliyyə məsələrinizlə maraqlanması sizdə şübhə yaratmalıdır.

Fırıldaqçı opponentinizi ifşa etməyə çalışın.

Günün ikinci yarısında itkilərə məruz qlamamaq üçün inanılmış insanın yardım və ya dəstəyindən istifadə edin.

Axşam saatlarında yeni tanışlıq ola bilər. Qüvvənizi bərpa etmək üçün sakit istirahəti seçin.

Qız - günün ilk yarısında ünsiyyət fayda və müsbət emosiyalar vəd edir. Əlaqələri möhkəmləndirin. Birgə iş və ya ümumi maraqlar irəliləyişə səbəb ola bilər. Biliklərinizi, bacarıqlarınızı artırın.

İntellektinizi nümayiş etdirin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaq, arqumentlərinizi qəbul edəcəklər.